Mərkəzi Bank 150 milyon manat cəlb edir

  11 Yanvar 2020    Oxunub : 1518
Mərkəzi Bank 150 milyon manat cəlb edir
Yanvarın 13-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən Azvision.az -a verilən məlumata görə, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.

Azvision.az

Teqlər: Mərkəzi-Bank