Seçkini izləmək üçün 2000-ə qədər müşahidəçi müraciət edib

  13 Yanvar 2020    Oxunub : 1616
 Seçkini izləmək üçün 2000-ə qədər müşahidəçi müraciət edib
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyasına 2000-ə yaxın müraciət edilib və onların hamısına müsbət cavab verilib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. MSK sədri bildirib ki, onlardan 1630-a yaxını yerli müşahidəçilərdir:

"Təxminən 70-ə yaxın beynəlxalq müşahidəçi müraciət edib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, MDB-nin Müşahidə Missiyası artıq fəaliyyətə başlayıb. O cümlədən, İtaliya, Çexiya, Litva Seyminin, müxtəlif ölkələrim seçki komissiyalarının müşahidəçiləri Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçiblər. Amma proses sürətlə gedir və say artacaq. Qeyd edim ki, bələdiyyə seçkilərində yerli müşahidəçilərin sayı 52 mindən çox idi. Bu seçkidə də müşahidəçi baxımından problemimiz olmayacaq".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament   Müşahidəçi