KOBİA 150-dən çox sahibkara dəstək göstərdi

  13 Yanvar 2020    Oxunub : 1357
KOBİA 150-dən çox sahibkara dəstək göstərdi
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə ötən il 150-dən çox KOB subyekti 15 ixtisaslaşmış sərgi və yarmarkada ödənişsiz olaraq iştirak edib.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, bu dəstək çərçivəsində sahibkarlar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edib, satış imkanlarını genişləndirib, yeni biznes əlaqələri qurublar.

Sərgi və yarmarkaların təşkilində KOBİA Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), biznes tərəfdaşlığı platforması çərçivəsində BP, “AzerTelecom”, “ZiraatBank”, “PAŞA Holdinq” kimi şirkətlərlə əməkdaşlıq edib. Belə sərgi və yarmarkalarda startapların, qadınların, əlilliyi olan şəxslərin iştirakına xüsusi diqqət göstərilib.

2020-ci ildə də KOBİA ölkəmizdə və xaricdə keçirilən sərgi və yarmarkalarda KOB-ların iştirakına dəstəyini davam etdirəcək.

Azvision.az

Teqlər: KOBİA