Bakı-Sumqayıt yolunun genişləndirilməsi mayda başa çatacaq

  15 Yanvar 2020    Oxunub : 2437
Bakı-Sumqayıt yolunun genişləndirilməsi mayda başa çatacaq
Bakı-Sumqayıt yolunun genişləndirilməsinin hər km-i 778 min manata başa gəlməlidir.
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, inflyasiyadan asılı olaraq qiymət dəyişə bilər: "Bu işlər çərçivəsində Bakıda da 7-8 km hissədə genişlənmə nəzərdə tutulub və burada quraşdırılacaq əlavə avadanlıqların qiyməti də ümumi məbləğinə üzərinə əlavə olunacaq".

O, qeyd edib ki, Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkəti üçün hesablanaraq tikilsə də hazırda bu rəqəm xeyli artıb: "Hesablamalarımıza görə, hazırda Bakıdan Sumqayıta hər gün 12-14 min, Sumqayıtdan Bakıya isə hər gün 10-12 min avtomobil gedir. Həmin istiqamətində 28 km-lik məsafədə yolun genişləndirilməsi başlayıb. May ayının sonuna qədər bu işləri görüb yolu vətəndaşların istifadəsinə verməyi düşünürük".

Azvision.az

Teqlər: Yol