Nəzarət kassa aparatlarının quraşdırılması başa çatır

Nəzarət kassa aparatlarının quraşdırılması başa çatır
  16 Yanvar 2020    Oxunub:2368
Nəzarət kassa aparatlarının quraşdırılması layihəsinin vacib mərhələsi başa çatır.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə,
yaxın vaxtlar ərzində Vergilər Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi Əlavə Dəyər Vergisinin məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesi başlayacaq.

"Bu da öz növbəsində ictimai nəzarəti, istehlakçının marağını artıracaq. Qeyri-rəsmi ödənişlərin edilməsi dövriyyənin gizlədilməsindən ibarətdir. Nəzarət kassa aparatlarının quraşdırılması və online ödənişlərin edilməsi ictimai nəzarəti gücləndirəcək, açıq edəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Mikayıl-Cabbarov  





Xəbər lenti