9 milyon manat ixrac təşviqi geri ödənilib

  16 Yanvar 2020    Oxunub : 1726
9 milyon manat ixrac təşviqi geri ödənilib
"Ötən il sahibkarlara 9 milyon manat məbləğində ixrac təşviqi geri ödənilib".
Azvision.az xəbər verir ki, bunu "AZPROMO"nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, bunun nəticəsində 150 milyon dollarlıq məhsul ixracı həyata keçirilib.

Y.Abdullayev, həmçinin bildirib ki, ötən il 11 "Made in Azerbaijan" vahid beynəlxalq sərgisi, 9 ixrac missiyası baş tutub.

Aytən Zəhra
Azvision.az

Teqlər: İxrac   Missiya   Sərgi