Azərbaycan xarici borcunu restrukturizasiya edə bilər

   Azərbaycan xarici borcunu restrukturizasiya edə bilər
  17 Yanvar 2020    Oxunub:2936
2020-ci ilin aprel ayınadək Azərbaycanın xarici borcunun tərkibi təhlil olunaraq səviyyəsinin azaldılması, restrukturizasiyası (o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi) və xarici kreditlərin alınmasına zərurət yaranarsa, qabaqcıl beynəlxalq texnoloji və müasir standartlara cavab verən layihələrin həyata keçirilməsi barədə təkliflər hazırlanacaq.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, təkliflərin hazırlanması Maliyyə və İqtisadiyyat nazirliklərinə tapşırılıb.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti