Ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI

   Ucuzlaşan və bahalaşan məhsullar -    SİYAHI
  17 Yanvar 2020    Oxunub:4646
Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların siyahısı açıqlanıb.
Azvision.az xəbər verir ki, 2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci ilə nisbətən 102,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 103,8 faiz, qeyri-ərzaq malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib.

2019-cu ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1 faiz, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100,1 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, pasterizə olunmamış üzlü südün, pendirin, yumurtanın, kəsmiyin, günəbaxan yağının, bananın, almanın, armudun, narın, xurmanın, üzümün, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, limonadın qiymətlərində bahalaşma, unun, toyuq ətinin, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, heyvanın, kivinin, qozun, şabalıdın, çuğundurun, yerkökünün, şəkər tozunun, çayın, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2019-cu ilin dekabr ayında noyabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, divar kağızlarının, yağlı və sulu boyaların, soyuducuların, velosipedlərin, tozsoranların qiymətlərində bahalaşma, kondisionerlərin, mobil telefonların, televizorların, kəsilmiş taxtanın, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, məişət cihazlarının təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər olmayıb.

Azvision.az


Teqlər: Məhsul   Statistika  





Xəbər lenti