Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları artırıb

   Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları artırıb
  17 Yanvar 2020    Oxunub:2536
2019-ci ilin noyabr ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları 794 mln. dollar artıraraq 11,491 mlrd. dollara çatdırıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunun 2,979 mlrd. dolları uzunmüddətli, 8,512 mlrd. dolları isə qısamüddətli istiqrazlardır.

ABŞ-ın borc alətlərinə investisiyaların məbləğində görə Yaponiya 1,161 trln. dollarlıq göstərici ilə lider olaraq qalır. II yerdə Çin (1,089 trln. dollar), III yerdə Böyük Britaniya (328,6 mlrd. dollar) qərarlaşıb.

Xatırladaq ki, Rusiyanın ABŞ-ın dövlət istiqrazlarına investisiyalarının maksimal həddi 2013-cü ilin fevral ayında (164,3 mlrd. dollar) qeydə alınıb.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: İstiqraz  





Xəbər lenti