"Bu ay indeksləşdirmə nəticəsində pensiyalar artacaq" - Nazir
Nazir, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm nailiyyətlərindən olduğunu deyib. Sosial ödənişlərdə edilmiş ciddi artımların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini qeyd edib.
O, 2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını, bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artımın ediləcəyini deyib.
Azvision.az