“Azeri Light”ın qiyməti artıb

  21 Yanvar 2020    Oxunub : 1647
“Azeri Light”ın qiyməti artıb
Dünya birjalarında yenidən neftin qiyməti ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,50 dollar geriləyərək 64,70 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,27 dollar ucuzlaşaraq 58,27 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 0,63 dollar artaraq 68,32 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft   Birja