EKTİS sistemi fermerlərə əlavə hansı imkanlar yaradır?
Yeni sistemin tətbiqinin əsas üstünlüklərindən biri ölkə üzrə aparılacaq və aparılan əkin barədə məlumatların fermerlər üçün əlçatan olmasıdır. Bu üstünlük həm təsərrüfat üzrə və ticari fəaliyyətlərlə bağlı qərarların qəbulunda fermerlərə əlavə imkanlar yaratmış olacaq.
Aqrar xidmətlərin elektronlaşdırılması fermerlərin maarifləndirmə prosesinə cəlb olunmasını da asanlaşdıracaq. Fermerlər bitkiçilik və heyvandarlıq sahələri üzrə elmi-praktiki təcrübələrin nəticələri ilə tanış olmaq, sahəvi fəaliyyətləri üzrə təkmilləşdirici tövsiyələrin, məlumatların mütəmadi qaydada əldə edilməsi imkanı qazanacaq. Fermerlərə maarifləndirici məlumatların çatdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əlavə olaraq www.agroinfo.az saytı yaradılıb.
Azvision.az
Teqlər: KTN