Bakının iki rayonunda evlər qeydiyyata alınacaq

Bakının iki rayonunda evlər qeydiyyata alınacaq
  24 Yanvar 2020    Oxunub:3316
Mənzillərin səyyar dövlət qeydiyyatına alınması yanvarın 27-31-də Nizami və Xətai rayonlarında təşkil ediləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, həftə ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası istismarına icazə verilmiş çoxmərtəbəli binalar üzrə 1032 mənzili əhatə edəcək.

Nizami rayonunda səyyar qeydiyyat yanvarın 27-də B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, yanvarın 28-də E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı yanvarın 29-da “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, yanvarın 31-də isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq.

Xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidirlər.

Azvision.az


Teqlər: Əmlak  





Xəbər lenti