Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib

Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib
  24 Yanvar 2020    Oxunub:3305
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün “Beynəlxalq ticarətdə bazar araşdırması və biznes tərəfdaşlığı” mövzusunda növbəti təlim təşkil edib.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, tədbirin məqsədi sahibkarların, xüsusilə bu ilin fevral-mart aylarında Almaniya- Azərbaycan Birgə Proqramı çərçivəsində Almaniyanın Münhen şəhərində ixtisasartırma kursu və təcrübə keçəcək sahibkar və menecerlərin ixrac sahəsində məlumatlandırılmasıdır.

Təlimdə “My Broker” MMC-nin əməkdaşları sahibkarlara ixrac sahəsində əlaqələrin genişləndirilməsi, yeni satış bazarlarının tapılması, elektron ticarət, biznes tərəfdaşlığı
barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Beynəlxalq ticarət, bazar araşdırmaları və ixracla bağlı sahibkarların marağı və müraciətləri nəzərə alınaraq 2020-ci il ərzində KOBİA tərəfindən bu sahədə müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlər barədə ətraflı məlumatı KOBİA-nın internet saytındakı “Tədbirlər təqvimi” bölməsindən əldə etmək olar (https://azvision.az/redirect.php?url=http://smb.gov.az/events).

Azvision.az


Teqlər: KOBİA  





Xəbər lenti