Daha iki rayonda mənzillərin səyyar qeydiyyatı keçiriləcək

  27 Yanvar 2020    Oxunub : 1520
Daha iki rayonda mənzillərin səyyar qeydiyyatı keçiriləcək
Mənzillərin səyyar dövlət qeydiyyatına alınması yanvarın 27-31 tarixlərində Bakının Nizami və Xətai rayonlarında təşkil ediləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, həftə ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası istismarına icazə verilmiş çoxmərtəbəli binalar üzrə 1032 mənzili əhatə edəcək.

Nizami rayonunda səyyar qeydiyyat 27 yanvarda B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, 28 yanvarda E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı 29 yanvarda “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, 31 yanvarda isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq.

Xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidir.

Azvision.az

Teqlər: ƏMDK   Mənzil