Mərkəzi Bank 100 milyon manat cəlb edir

  28 Yanvar 2020    Oxunub : 1884
Mərkəzi Bank 100 milyon manat cəlb edir
Yanvarın 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az AMB-ə istinadən xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 28 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.

Azvision.az

Teqlər: Mərkəzi-Bank