Muxtar respublikada 3250 yeni iş yeri yaradılıb

Muxtar respublikada 3250 yeni iş yeri yaradılıb
  30 Yanvar 2020    Oxunub:2245
Ötən il Naxçıvan Muxtar Respublikasında 3250 yeni iş yeri yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, 2019-cu ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqının məbləği 475 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 10,5 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.

Azvision.az


Teqlər: Naxçıvan   İşyeri  





Xəbər lenti