Naxçıvanda ümumi daxili məhsul 3 milyard manata yaxın olub

Naxçıvanda ümumi daxili məhsul 3 milyard manata yaxın olub
  30 Yanvar 2020    Oxunub:2025
Naxçıvan Muxtar Respublikasında 2019-cu ildə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 839 milyon 650 min manat olub. Bu isə bir il öncəki göstəricidən 1,5 faiz çoxdur.
Azvision.az xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 1,6 faiz artaraq 6201,5 manata çatıb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58,9 faiz təşkil edib.

2018-ci illə müqayisədə 2019-cu ildə sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 4,5 faiz, nəqliyyat sektorunda yük daşınması 2 faiz, informasiya və rabitə xidmətləri 2,8 faiz artıb.

Azvision.az


Teqlər: ÜDM   Naxçıvan  





Xəbər lenti