Yanvarın 31-nə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan Azvision.az -a verilən məlumata görə, indiyədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 27 min 975 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 396 milyon 76,6 min manatdan çoxdur.