Mərkəzi Bank 100 milyon manat cəlb edir

  31 Yanvar 2020    Oxunub : 2041
Mərkəzi Bank 100 milyon manat cəlb edir
Fevralın 3-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az AMB-yə istinadən xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,51-7,24 faiz təşkil edir.

Azvision.az

Teqlər: Mərkəzi-Bank   Hərrac