Bakıda orta aylıq əməkhaqqı 934 manata çatıb

 Bakıda orta aylıq əməkhaqqı 934 manata çatıb
  03 Fevral 2020    Oxunub:2913
2019-cu ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 855,4 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin noyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 934,6 manata çatıb ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 20,9 faiz, cari ilin oktyabr ayı ilə müqayisədə isə 1,2 faiz çoxdur.

Azvision.az


Teqlər: Bakı   Statistika  





Xəbər lenti