Kreditlərin 97,5 faizi banklar tərəfindən verilib

  03 Fevral 2020    Oxunub : 1244
Kreditlərin 97,5 faizi banklar tərəfindən verilib
2019-cu il dekabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 116,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ümumi kredit portfelinin 12 milyard 108,7 milyon manatı və ya 80,1 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 410,4 milyon manat olub və ümumi kredit portfelinin 9,3 faizini təşkil edib.

Azvision.az

Teqlər: Mərkəzi-Bank