Bakının ictimai iaşə dövriyyəsi 1,1 milyardı ötüb

  03 Fevral 2020    Oxunub : 1432
Bakının ictimai iaşə dövriyyəsi 1,1 milyardı ötüb
2019-cu ildə Bakının ictimai iaşə dövriyyəsi 2018-ci illə müqayisədə real ifadədə 8,8% artaraq 1 160,4 mln. manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,2%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci illə müqayisədə 4,8% artaraq 481 mln. manat təşkil edib.

Azvision.az

Teqlər: Bakı