Paytaxtın sənaye istehsalı artıb

  03 Fevral 2020    Oxunub : 1634
Paytaxtın sənaye istehsalı artıb
Ötən il Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7% artaraq 39,7 mlrd. manat təşkil edib.
Bakı Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, sənaye məhsulunun 80,7%-i mədənçıxarma, 17,2%-i emal, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 83,4% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,5%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,5% təşkil edib.

“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2020-ci il vəziyyətinə 230,6 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 75,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub”, - məlumatda qeyd edilib.

Azvision.az

Teqlər: Bakı