Bakıda əsas kapitala 10,2 milyard manat yönəldilib

Bakıda əsas kapitala 10,2 milyard manat yönəldilib
  03 Fevral 2020    Oxunub:2757
2019-cu ildə Bakıda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 214,2 milyon manat və yaxud 2018-ci illə müqayisədə 2,3% az vəsait yönəldilib.
Bakı Statistika İdarəsində Azvision.az -a verilən məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 47,6%-i tikinti-quraşdırma işlərinə sərf edilib. İl ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,2%-ini tikinti, yenidənqurma və genişləndirmə, 7,9%-ini əsaslı təmir, 4,7%-ini cari təmir, 19,2%-ini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 81,2%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Azvision.az


Teqlər: Bakı  





Xəbər lenti