Hacıqabul və Qaradağda su olmayacaq

Hacıqabul və Qaradağda su olmayacaq
  04 Fevral 2020    Oxunub:2549
Bu gün Hacıqabul və Qaradağ rayonlarının bəzi ərazilərində içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 4 fevral 2020-ci il tarixində gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Azvision.az



Teqlər: Azərsu  





Xəbər lenti