Azərbaycan və İran gömrükçüləri görüşüb

  05 Fevral 2020    Oxunub : 1221
Azərbaycan və İran gömrükçüləri görüşüb
İranın Biləsuvar gömrük-keçid məntəqəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş olub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, İran tərəfinin dəvəti əsasında baş tutan Azərbaycanı Cənub Ərazi Baş Gömrük İdarəsi "Biləsuvar" gömrük postunun rəisi Ceyhun İbrahimovun, İranı isə bu ölkənin "Biləsuvar" gömrük-keçid məntəqəsinin rəhbəri Ramin Zehirinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

Görüşdə iki ölkənin dostluq münasibətlərinin son illər səmərəli əməkdaşlıq müstəvisində inkişaf etdiyi, ölkələr arasındakı iqtisadi münasibətlərin gücləndiyi, ticarət dövriyyəsinin artdığı bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.

Qeyd edək ki, tərəflər beynəlxalq ticarətin asan və sürətli şəkildə aparılmasını, eləcə də nəqliyyat vasitələrinin və şəxslərin gömrük sərhədindən sürətli və maneəsiz keçidini təmin etmək məqsədilə gömrük orqanlarının gördüyü işlərə toxunub və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Azvision.az

Teqlər: DGK