Naxçıvanda 271 müxtəlif təyinatlı obyekt tikilib

Naxçıvanda 271 müxtəlif təyinatlı obyekt tikilib
  05 Fevral 2020    Oxunub:2530
2019-cu ildə Naxçıvanda bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 29 milyon 283 min 900 manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur.
Azvision.az xəbər verir ki, vəsait qoyuluşlarının 965 milyon 410 min manatı və ya 93,8 faizi tikinti-quraşdırma işlərində istifadə edilib. Bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur.

Ötən il muxtar respublikada 271 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 159 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti