Romada İtaliya-Azərbaycan biznes forumu keçiriləcək

Romada İtaliya-Azərbaycan biznes forumu keçiriləcək
  05 Fevral 2020    Oxunub:2341
Fevralın 21-də Romada İtaliya-Azərbaycan biznes forumu keçiriləcək.
Azvision.az xəbər verir ki, biznes-forum İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin və İCE - İtaliya Şirkətlərinin Xaricdə Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, “İtaliyanın biznes mühiti - Azərbaycan” adlı forumda azərbaycanlı və italyan iş adamları, habelə qarşılıqlı sərmayələr yatırmaqda maraqlı olan şirkətlər iştirak edəcək. Biznes-forumun əsas istiqamətləri kənd təsərrüfatı texnikası, nəqliyyat, infrastruktur, telekommunikasiya, energetika və ekoloji təmiz texnologiyalar olacaq.

Azvision.az


Teqlər: Roma   İtaliya   Forum   Biznes  





Xəbər lenti