Neftin qiyməti bahalaşıb

  06 Fevral 2020    Oxunub : 1183
Neftin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,25 dollar artaraq 56,53 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,37 dollar bahalaşaraq 52,12 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,26 dollar artaraq 61,53 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft