20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

  07 Fevral 2020    Oxunub : 1791
20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin ailə üzvlərinin bir qrupu ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin güclü sosial siyasəti nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl şəkildə atılan mühüm addımları qeyd edib. O, həssas qruplara, o cümlədən 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar əlillərinə dövlət qayğısının artırılması sahəsində görülən işləri diqqətə çatdırıb.

Həmin kateqoriyalardan olan vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması, mənzil və minik avtomobilləri ilə təminatı, eləcə də onların rifahına dəstək göstərilməsi məqsədilə digər sahələrdə aparılan işlərdən bəhs olunub.

Görüşdə şəhid ailələrinin fikir və təklifləri dinlənilib, onların qaldırdıqları məsələlər qeydə alınıb. 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: ƏƏSMN