Bakıdan Şarm El Şeyxə birbaşa uçuşlar başlayır

  08 Fevral 2020    Oxunub : 1138
Bakıdan Şarm El Şeyxə birbaşa uçuşlar başlayır
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yanvarın 22-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə avia biletlər satma hüququ olan Gürcüstanın “İnterco Travel” şirkətinin səlahiyyətlərinin Ermənistanın “Anriva Tour” şirkətinə keçməsini əsas götürərək vətəndaşlara və turizm şirkətlərinə yeni alternativ yol təklif edir.
Assosiasiyadan Azvision.az -a verilən məlumata görə, martın 21-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə Azərbaycan Hava Yolları tərəfindən birbaşa uçuşlar həyata keçiriləcək.

Azərbaycan vətəndaşları üçün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla bütün lazımi şərait yaradılacaq. Yaxın günlərdə bütün təşkilati məsələləri öz üzərinə götürəcək turoperator haqqında ətraflı məlumat veriləcək.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə “Anriva Tour” şirkətinə alternativ olaraq məhz bu marşurutdan istifadə etməyi tövsiyə edir.

Azvision.az

Teqlər: AZAL