BirBank “Visa Cashless Forum”da iştirak edib
“Təbii ki, belə bir möhtəşəm tədbirin Bakıda keçirilməsi çox sevindirici bir haldır. Tədbir çərçivəsində müxtəlif qurumlardan olan mütəxəssislərlə fikir və təcrübə mübadiləsi, eləcə də yeni texnologiyalar haqqında müzakirələr aparıldı. Düşünürəm ki, bank sektorunun gələcəyi məhz müasir texnologiyalar üzərində qurulur. Biz də öz növbəmizdə, rəqəmsal transformasiya və nağdsız ödənişlərin stimullaşdırılması sahəsində mühüm işlər görürük”, - deyə, Kapital Bank-ın Marketinq və Məhsullar İdarəsinin Baş Direktoru Samir Məmmədov bildirib.
Qeyd edək ki, Visa beynəlxalq ödəniş sistemi tərəfindən və Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə Azərbaycanda ilk dəfə təşkil olunan forum "Driving the Future" (“Gələcəyə doğru hərəkət”) mövzusu altında keçirilib.
İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.
Azvision.az
Teqlər: BirBank