Heyvanların identifikasiyası ilə bağlı əsas yeniliklər

  13 Fevral 2020    Oxunub : 1693
Heyvanların identifikasiyası ilə bağlı əsas yeniliklər
"Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması istiqamətində bir sıra addımlar atılıb".
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bununla bağlı işçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb: "Növbəti mərhələdə sistemin mərhələli şəkildə yaradılması üçün Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu pilot region kimi seçilməsi və burada iri və xırdabutynuzlu heyvanların və atların identikləşdirilməsini və heyvandarlıq məhsullarının istehsalı və emalını həyata keçirən müəssisələrin qeydiyyatının aparılması nəzərdə tutulub. Pilot regionda 55 455 baş iri, 145 305 baş xırdabuynuzlu heyvan və 409 baş at var. Cari ildə bu heyvanların identikləşdirilərək qeydiyyatının aparılması nəzərdə tutulub".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: AQTA