Gömrük Komitəsi büdcəyə 333 milyon köçürüb

  13 Fevral 2020    Oxunub : 1283
Gömrük Komitəsi büdcəyə 333 milyon köçürüb
Bu ilin yanvarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 333 milyon 701 min manat olub.
Komitədən Azvision.az -a verilən məlumata görə, ötən ay gömrük rüsumları üzrə büdcəyə daxilolmalar 84 milyon 361 min manat, əlavə dəyər vergisi üzrə 235 milyon 905 min manat, aksizlər üzrə 9 milyon 679 min manat, yol vergisi üzrə isə 3 milyon 755 min manat təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvarında komitənin dövlət büdcəsinə daxilolmaları 329 milyon 645 min manat olub.

Azvision.az

Teqlər: Gömrük   Komitə