Naxçıvanın xarici ticarət dövriyyəsi 500 milyona çatır

  14 Fevral 2020    Oxunub : 1281
Naxçıvanın xarici ticarət dövriyyəsi 500 milyona çatır
Naxçıvan Muxtar Respublikasında 2009-cu ildən başlayaraq ixracın həcminin idxalı üstələməsi sonrakı illərdə də davam edib. 2019-cu ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 497 milyon 68 min 600 ABŞ dolları olub. Xarici ticarət dövriyyəsinin 425 milyon 539 min 400 ABŞ dollarını ixrac, 71 milyon 529 min 200 ABŞ dollarını idxal təşkil edib və 354 milyon 10 min 200 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Azvision.az -ın məlumatına görə, Naxçıvanda 1995-ci ildə 1 milyon 937 min, 2009-cu ilin altı ayı ərzində isə 49 milyon 354 min 900 ABŞ dolları həcmində ixrac olub. Beləliklə, muxtar respublikada ilk dəfə olaraq 2009-cu ildə xarici ticarətdə müsbət saldo yaranıb. 2010-cu və sonrakı illərdə də bu proses davam etdirilib.

2015-ci ildə 512 milyon 354 min 500 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranıb ki, bunun da 414 milyon 420 min 600 ABŞ dollarını ixrac, 97 milyon 933 min 900 ABŞ dollarını isə idxal təşkil edib. 1995-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 2015-ci ildə 26,9, o cümlədən ixracın həcmi 213,9 dəfə artıb. 2015-ci ildə xarici ticarətdə 316 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranıb.

Azvision.az

Teqlər: Naxçıvan   İxrac   İdxal