Azərbaycan nefti 60,26 dollara satılır

  19 Fevral 2020    Oxunub : 878
Azərbaycan nefti 60,26 dollara satılır
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar artaraq 58,17 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,45 dollar bahalaşaraq 52,50 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 1 dollar ucuzlaşaraq 60,26 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft   Birja