"Bu il "QAZ" markalı avtomobillərin yığımı gözlənilir" - Niyazi Səfərov

 "Bu il "QAZ" markalı avtomobillərin yığımı gözlənilir" -  Niyazi Səfərov
  19 Fevral 2020    Oxunub:2587
“Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə zavodun tikintisi başa çatmaq üzrədir”.
Bunu Azvision.az -a açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Onun sözlərinə görə, zavod üçün avadanlıq sifariş verilib:

“Yaxın zamanlarda avandalıq gələcək və quraşdırılacaq. Mart ayına qədər avadanlığın quraşdırılması prosesi başa çatacaq. Test rejimində avadanlığın işlədilməsi və yığım işlərinə başlanılması gözlənilir. İşlər sürətlə getsə bu il zavodda ilk məhsul buraxıla bilər”.

Xatırladaq ki, 2019-cu ilin fevralın 9-da kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Zavodun dəyəri 14 mln. manatdır. Burada ildə, təxminən, 1000 ədəd "QAZ" markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq. Zavodda 100 nəfərin işlə təminatı nəzərdə tutulur.

Aytən Zəhra
Azvision.az


Teqlər: Zavod   Hacıqabul  





Xəbər lenti