Vergiödəyicilərinin nəzərinə!

Vergiödəyicilərinin nəzərinə!
  19 Fevral 2020    Oxunub:1592
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin tərtib edilməsi qaydası”nı və hesabat formasını yeni redaksiyada təsdiq edib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, 2020-ci il aprelin 1-dən qüvvəyə minəcək yeni qaydalarla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində, Bəyannamə Tərtibatı Proqramında müvafiq dəyişikliklər aparılacaq.

Belə ki, Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ni Azərbaycan ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər, eləcə də digər qanunvericilik aktları əsasında məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, icbari tibbi sığorta üzrə sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərtib edib vergi orqanına verməlidirlər.

Vergiödəyiciləri uçotda olduqları vergi orqanına bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprel, iyul, oktyabr və yanvar ayları üzrə 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

Azvision.az



Teqlər: Vergi  





Xəbər lenti