Xəzərdən 207 min tondan çox zibil çıxıb

Xəzərdən 207 min tondan çox zibil çıxıb
  21 Fevral 2020    Oxunub:1811
“2019-cu ilin nəticələrinə görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) həm sahil, həm də dəniz obyektlərində formalaşan 207 967,5 ton çirkab məişət-təsərrüfat suyu, 13 392,2 ton neftli döşəməaltı su, 185,9 ton işlənmiş sürtgü yağı, 90,7 ton yağlı əski, 22,3 ton sintetik propilen buraz kəndir qalığı, 220,4 ton şüşə məmulatları bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb”.
ASCO-dan Azvision.az -a verilən məlumata görə, həmçinin, 98 ədəd yararsız akkumulyator və halvanik elementlər, 97,8 ton rezin tullantısı, 222 ədəd yanacaq, 634 ədəd yağ və 370 ədəd hava süzgəci, 55 ton işlənmiş boya qabı və boya tullantıları, 423,9 ton taxta tullantı, 2,6 ton tibbi tullantı, 176,6 ton sellüloz (kağız-karton) tullantısı, 264 ton tekstil parça qalığı, 289,5 ton polimer əsaslı və plastmas tullantı, 1 258,1 ton qida qalığı aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 21,2 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.

Azvision.az


Teqlər: ASCO  





Xəbər lenti