MSK Qaradağ seçki dairəsi ilə bağlı qərar verdi

MSK Qaradağ seçki dairəsi ilə bağlı qərar verdi
  22 Fevral 2020    Oxunub:2064
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 11 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Paşayev Kamil Əşrəf oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçi müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “3 istiqamətdə aparılan araşdırma zamanı yalnız 25 saylı məntəqədə pozuntular müəyyən olunub. Bu səbəbdən həmin məntəqələrin nəticələri ləğv edilməli və şikayət qismən təmin edilməlidir”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti