Muzdlu işçilərin harada çalışdığı məlum oldu

Muzdlu işçilərin harada çalışdığı məlum oldu
  25 Fevral 2020    Oxunub:2378
Cari il yanvarın 1-nə muzdla işləyənlərin sayı ilkin məlumatlara əsasən 1 milyon 645,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,5 min nəfər, qeyri-dövlət sektorunda isə 730,9 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,3 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olub.

Azvision.az



Teqlər: Muzdlu   Statistika  





Xəbər lenti