Hava şəraiti dəyişdi: Güclü külək əsir

Hava şəraiti dəyişdi:    Güclü külək əsir
  25 Fevral 2020    Oxunub:3547
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a bildirilib ki, fevralın 25-i saat 13:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Külək Naftalan, Gəncədə arabir 30-34, Tərtərdə 32, Bərdədə 30, Ağdam, Daşkəsəndə 25, Ağstafa, Tovuzda 22, Çilov adasında 21, Nabran, Yevlaxda 20, Mingəçevir, Bakıda 25, Pirallahıda 23, Çilov adasında 21, Neft Daşlarında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Hava   Külək  





Xəbər lenti