Bir məntəqənin nəticələri ləğv edildi

Bir məntəqənin nəticələri ləğv edildi
  25 Fevral 2020    Oxunub:1594
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizəd Abdullazadə Gülməmməd Baba oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 34 saylı məntəqədə pozuntular müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti