Milli valyutada olan əmanətlər artıb

Milli valyutada olan əmanətlər artıb
  25 Fevral 2020    Oxunub:1785
Mərkəzi Bankın məlumatına görə, yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artaraq 8 milyard 637,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əmanətlərin 52,2 faizi xarici, 47,8 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 31,5 faiz artıb, xarici valyutada əmanətlər isə 13,9 faiz azalıb.

Azvision.az



Teqlər: Manat   Əmanət  





Xəbər lenti