KOB sahəsində Türkiyə təcrübəsi öyrəniləcək
Görüş çərçivəsində KOBİA və KOSGEB arasında birgə fəaliyyət planı imzalanıb. İmzalanan sənəddə KOB-lar üçün dövlət dəstəyi mexanizmlərinin təsirinin müəyyən edilməsi və effektivliyinin artırılması sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi, Azərbaycan KOB-larına dair geniş məlumat bazasının hazırlanması üçün birgə İşçi Qrupunun yaradılması, KOB sahəsində investisiya qoyuluşunun təmin edilməsi üzrə Türkiyənin İnkişaf və İnnovasiya Fondunun təcrübəsindən yararlanmaq, birgə KOB inkişaf fondlarının formalaşdırılmasında əməkdaşlıq kimi məsələlər öz əksini tapıb.
Sonra KOBİA, KOSGEB, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD), Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB), sahibkarlar assosiasiyalarının, eləcə də sənaye, bank, tikinti, satış, qida istehsalı və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı ilə Dəyirmi Masa təşkil olunub. Dəyirmi masada Azərbaycan və Türkiyə sahibkarları arasında əlaqələr, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, təkliflər səsləndirilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Azvision.az