Paytaxtın ictimai iaşə dövriyyəsi 8,9 faiz artıb

Paytaxtın ictimai iaşə dövriyyəsi 8,9 faiz artıb
  28 Fevral 2020    Oxunub:2120
2020-ci ilin yanvar ayında paytaxtın ictimai iaşə dövriyyəsi 2019-cu ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 72,5 milyon manat olub.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 40,4 milyon manat təşkil edib.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti