Evlərin səyyar qeydiyyatı Bakı kəndlərində

Evlərin səyyar qeydiyyatı Bakı kəndlərində
  02 Mart 2020    Oxunub:1453
Daşınmaz əmlakın qeydiyyatı xidmətlərində əlçatanlığın və mülkiyyət hüquqlarının geniş təminatı məqsədilə mart ayı ərzində səyyar kampaniya Bakı şəhərinin kənd və qəsəbələrində keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, müxtəlif səbəblərdən ərazi ofislərinə müraciət edə bilməyən şəxslər “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində qeydiyyat xidmətindən birbaşa ünvanlarında yararlana biləcəklər.

Səyyar xidmət 2-6 mart tarixlərində Qaradağ rayonu, Lökbatan qəsəbəsində təşkil ediləcək. Sakinlərin xidmətdən çevik və rahat istifadəsinə imkan yaradan mobil qeydiyyat ofisi Lökbatan qəsəbəsi, 28 May və Nizami küçələrinin kəsişməsində (125 N-li avtobusun son dayanacağı) olacaq.

Daşınmaz əmlakın səyyar qeydiyyatı Lökbatan qəsəbindəki fərdi yaşayış evlərini, torpaq sahələrini, qeyri-yaşayış sahələrini əhatə edəcək.

Xidmətdən istifadə etmək istəyənlər daşınmaz əmlak qeydiyyatı üzrə sənədlərin qəbulu, hüquqi yardımın göstərilməsi və suallarının cavablandırılması üçün saat 10:00-dan 17:00-dək səyyar ofisə müraciət edə bilərlər.

Azvision.az


Teqlər: ƏMDK   Əmlak  





Xəbər lenti