Bakıda velosiped yarışı təxirə salındı

Bakıda velosiped yarışı təxirə salındı
  03 Mart 2020    Oxunub:1794
Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyası mart ayının 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb.
Federasiyadan Azvision.az -a verilən məlumata görə, martın 7-8-də keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə Bakı Kubokunun 1-ci mərhələsi də təxirə salınıb.

Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Azvision.az


Teqlər: Velosiped   Yarış  





Xəbər lenti