Neftin qiyməti bahalaşır

  05 Mart 2020    Oxunub : 1149
Neftin qiyməti bahalaşır
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,82 dollar artaraq 51,95 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,69 dollar bahalaşaraq 47,47 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar geriləyərək 54,32 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft